Məhsullarımız

UNİVERSAL MASTİKA

Mastika “Buta Project” neft bitumu və üzvi həlledicidən ibarət istifadəyə hazır çoxkomponentli materialdır.

İşlər -10°С-dən + 40°С-dək olan temperaturda aparılır. +5°C-dən aşağı temperaturda mastika əvvəlcə otaq temperaturunda ən azı bir gün saxlanılmalıdır. Açıq alovun yaxınlığında istifadə etməyin. İş havalandırma sistemi olan otaqlarda aparılmalıdır.

Dəriyə və gözə düşməsindən çəkinin. Mastikanı yaşayış məkanlarının içində istifadə etmək tövsiyə olunmur. Mastika dəriyə düşdükdə onu xüsusi məhlul ilə yumaq lazımdır. Mastika “Buta Project” hidroizolyasiya işləri, dam örtüyünün quraşdırılması və təmiri, betondan, metaldan və s.-dən hazırlanmış tikinti konstruksiyalarının korroziyadan qorunması, müxtəlif tikinti materiallarının (lifli taxta lövhələrin, fanerin, perqaminin, hidrostekloizolun və s.) yapışdırılması üçün istifadə olunur.

İstehlak substratın növündən asılı olaraq 1 m² üçün 0,45-0,8 kq sərf edilir.

Universal mastika bütün növ su izolyasiya işləri üçün nəzərdə tutulub. Quruduqdan sonra geniş işləmə temperaturu diapazonuna malik yüksək möhkəmlikli örtük əmələ gətirir. Tətbiqdən əvvəl bütün səthlər toz, kir və yağdan təmizlənməlidir.

Məhlul istifadə olunmamışdan əvvəl yaxşı qarışdırılmalıdır. Məhlul fırça və ya diyircəklifırça ilə 2 qatda tətbiq etmək tövsiyə olunur.

Quruma müddətı: 24 saatadək.

GERİYƏ

LAYİHƏLƏRİMİZ