Məhsullarımız

Tez quruyan polimer bitum praymeri

Material, xüsusi seçilmiş üzvi məhlullarda modifikasiyaedici əlavə və polimerlər əsasında birkomponentli kompozisiyadan ibarətdir.

Tez quruyan polimer praymer xüsusi seçilmiş üzvi məhlullarda neft bitum əsaslı məhluldur. Yüksək hopdurma bacarığı, habelə qısa müddətdə quruma və qələviyə davamlılığı sayəsində, məhsul yüksək yapışma gücünə malikdir.

Səthlərin tozdan təmizlənməsi, habelə yapışma gücünün artırılması üçün əsasların (asfalt, beton, metal və digər) hazırlanması (astarlanması) üçün tətbiq olunur: 1. Dam örtüyü, təməl hidroizolyasiyası və ya bitum əsaslı hidroizolyasiya materiallarını əritməzdən əvvəl; 2. Bütöv və ya qismən yapışdırma üsulu ilə tətbiq olunan polimer membranları yapışdırmazdan əvvəl; 3. Mastikləri bəndlərə tökməzdən əvvəl (bitum, poliuretan əsasında); 4. Yol birləşdirici lentləri quraşdırmazdan əvvəl.

Praymerin sərfiyyatı - 0,25-0,35 l/m2. Tətbiqdən əvvəl fırça, diyircəkli fırça və ya oxşar çiləyici alətin köməyi ilə bir qat çəkin. Tətbiq temperaturunun diapazonu -20°C-dən +40°C-yə kimidir. +5°C-dən aşağı temperaturda isti yerdə 24 saatdan az saxlamayın.

Əsasın hopdurma qabiliyyətindən asılı olaraq əl ilə tətbiq zamanı sərfiyyatı 0.10 kq/m3-dan 0.35 kq/m3-a kimi, mastikləri tökməzdən əvvəl bəndlərin astarlanması zamanı sərfiyyat mastikin kütləsinin 3%-i kimi tətbiq olunur.

Açıq alov mənbələrinə yaxın yerdə istifadə etməyin. Yaxşı havalandırılan yerlərdə işi aparmaq lazımdır. Dəriyə və gözlərə düşməməsi üçün diqqətli olun. Quru, işıqdan qorunan yerdə -20°C-dən +30°C-yə kimi temperaturda saxlayın.

Zəmanətli saxlama müddəti – 18 aydır.

GERİYƏ

LAYİHƏLƏRİMİZ